Sevinc Fətəliyeva: “İllər keçəcək analar yeni doğulmuş övladlarına onun adını qoyacaq” – MÜSAHİBƏ

GƏNCLİK
17:51 03.11.2011
3061

Millət vəkili JaləƏliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovunəziz xatirəsinəhəsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir.

Festivalla bağlı AZXEBER.COM portalı millət vəkili Sevinc Fətəliyevanın müsahibəsini təqdim edir...

-Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı keçirilir.Bu festivala münasibətiniz?

Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında keçiriləcək bu festival Azərbaycan xalqının fəxri olan Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə böyük ehtiram nümayiş etdirməklə yanaşı, yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, bu ruhun aşılanmasına xidmət etmiş olacaq. Digər tərəfdən isə vətənpərvərlik mövzusunda yeni ssenarilərin yaranmasına, gənclər arasında bu janr üzrə gənc istedadların üzə çıxmasına imkan verəcək.

-Bugünki Azərbaycan gəncliyinin vəziyyəti sizdə necə təəssürat yaradır?

Ölkəmizin iqtisadi inkişafı, regionda artan nüfuzu bilavasitə gəncliyimizin həyatına da öz təsirini göstərir. Bu gün Azərbaycan gəncləri ictimai-siaysi prosseslərdə yaxından iştirak edir,ümummilli məsələlərə prinsipial vətəndaşlıq mövqeyindən yanaşırlar.

Xaricdə təhsil alan gənclərimizin sayı ildən- ilə artır. Çox sevindirici haldır ki, onlar təhsillərini bitirdikdən sonra doğma vətənə qayıdır, əldə etdikləri bilik və təcrübəni respublikamızın inkişafına sərf edirlər. Elm,təhsil,idman,mədəniyyət,incəsənət sahəsində əldə olunan gənclərin çoxsaylı naliyyətləri cəmiyyətdə müstəqil dövlətimizin gələcəyinə olan inamı daha da artırır. Təbii ki, qarşıdakı illərdə gənclərin üzərinə ciddi vəzifələr düşür. Gənclərimiz müstəqil dövlətimizin daha qüdrətli olması üçün fəaliyyətlərində, maksimum bilik, bacarıq, mənəvi saflıq,məsuliyyət, həmçinin birlik , mütəşəkkillik və yeni ideyalar təqdim edərək,onları həyata keçirmək yolunda yorulmadan çalışmalı olacaqlar. Bu Azərbaycanımızın davamlı inkişafının və parlaq gələcəyinin təminatıdır.

-Sizin üçün vətənpərvərlik nədir?

Təbii ki, hər bir insan üçün vətən, torpaq sevgisi, vətənrəpvərlik hissi ilk növbədə hər şeydən öndə olmalıdır. Ulu əjdadadlarımızdan yadigar qalan bu duyğular , ana laylası ilə qanımıza hopmuş, ata nəsihəti ilə canımıza keçmişdir.

Müstəqil dövlətin vətəndaşı olmaq gerçəkliyin yaşayaraq - mən Azərbaycanlıyam deməmiz, daha fəxarətverici və qürur mənbəyimizdir. Bizim nəsil müstəqillik tarixi ilə bir böyüdü, onun əzablı və şanlı səhifələrinin şahidi oldu. Bu gün isə dünya dövlətləri arasında söz sahibi olan Müstəqil Azərbaycanımızın davamlı inkişafı bizlərindən aslıdır. Tarixi unutmayaraq, sabahını düşünərək, ölkəsinin gələcəyinin inkişafına tövhə verərək, vətən sevgisini əməli işgöstərilməsi vətənpərvərlikdir.

-Sevinc xanım, gənclərin problemlərinin həlli üçün dövlət səviyyəsində hansı işlər görülür?

Onu qeyd etməliyik ki, gənclik və onun problemləri daim dövlətimizin diqqət mərkəzində olub. Əsası Ulu Öndər , Ümmumilli Lider Heydər Əliyev tərəfindən qoyulan “Dövlət Gənclər Siyasəti” bu gun də möhtərəm prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövrlər ərzində dövlət gənclər siyasətinin ən vacib istiqamətlərindən biri vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aşılanması, milli –mənəvi dəyərlərinin qorunub saxlanılması, Azərbaycan tarixinin, dövlətçilik ənənələrinin öyrənilməsi, gənclərlə iş sahəsində beynəlxalq əlaqələrin qurulması, onların elm, təsil, mədəniyyət sahəsində əldə etdikləri uğurlar dövlətimizdə gəncliyə olan qayğının və diqqətin bariz nümunəsidir.

Gənclərin intellektual inkişafına, vətənpərvərlik tərbiyəsinin artırılmasına, məşğulluq sahəsində əmək bazarına uyğun yeni ixtisasartırma kurslarının keçirilməsinə yönəlmiş fəaliyyət gücləndirilməlidir. Bu ilin iyul ayında cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir.

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Başlıca vəzifə bu günədək əldə olunmuş nailiyyətləri qoruyub saxlamaq və onları artırmaqdır.

-Sonda festivalın işinə nə demək istərdiniz?

Hər birimizi düşündürən bir nisgilimiz var - Qarabağ problemi və ərazi bütövlüyümüzün bərpa olunması. Bu yolda möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında səfərbər olmalı, parlaq gələcəyimiz naminə Mübariz cəsarəti göstərməliyik. Mən əminəm ki, bu festival nəinki iştirakçı gənclərin, eləcədə ölkə gənclərinin həyatında önəmli yer tutacaq. Qəlbi vətən sevgisi ilə döyünən gənclik Mübariz adlı vətənpərvərlik səlnaməsi yaradacaq. Qəlblərdə əbədi yer almış xalqın mərd oğlunun adı öz yaşıdlarının qələminin və istedadının qüdrəti ilə səhifələrə süzüləcək, səhnələrdə təqdim olunacaq. Mübariz kimi qəhramanların əziz xatirəsi heç vaxt unudulmayacaq, illər keçəcək analar yeni doğulmuş övladlarına onun adını qoyacaq, onun vətənsevərliyi neçə-neçə nəsillərin örnəyinə çevriləcək. Festivalın təşkilində əməyi olan hər kəsi dəstəkləyir və tezliklə “Qələbə” adlı yeni festivalların keçirilməsi yolunda fəliyyətinizdə uğurlar arzulayıram.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR