Şirvanda dəhşətli qətl törədilib
Sentyabrın 29-na keçən gecə Şirvan şəhərində dəhşətli qətl hadisəsi baş verib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1978-ci il təvəllüdlü Mirzəyev Mehman Nizami oğlu 1958-ci ildə anadan olmuş Əliyev Emil Qeyrət oğlunu öldürüb. 33 yaşlı oğlan bıçaqla 53 yaşlı kişinin boğaz nahiyəsini kəsib. Çoxlu qan itirmiş kişi hadisə yerində keçinib.
Hadisə "Sevinc" adlı marketdə baş verib. Həmin marketin sahibi olan M.Mirzəyev satıcısı olan E.Əliyevlə mübahisə edib və bıçaqla onun başını kəsib.
M.Mirzəyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.