ANS-in “Alın Yazısı” bu dəfə “Qafqazinfo”nun əməkdaşı Sevinc Mənsimlinin faciəvi ölümünə həsr olunacaq.
Verilişdə Sevincin bacısı, dostları, iş yoldaşları onun haqqında danışacaqlar.
Xatırladaq ki, Sevinc Mənsimli noyabrın 11-də atası Mənsim Mənsimov tərəfindən balta ilə qətlə yetirilib. Atası onunla yanaşı həyat yoldaşı Zemfira Mənsimovanı da öldürüb.
Qeyd edək ki, verilişi dekabrın 4-ü saat 20:00- da izləyə bilərsiniz.