SədaqətƏhmədova SEVMƏYƏNLƏRÜÇÜNYENİİLSOVQATI
Eşq səndən soruşmaz,gəlsin, gəlməsin –
İçəridən döyər könül qapını.
Bir də görərsən ki, titrəyir səsin,
Duyğular çöhrənə vurur qanını.
Eşq səndən soruşmaz, neçədir yaşın,
Varmı yol yoldaşın, ömür yoldaşın.
Bir də görərsən ki, dolanır başın,
Dolaşıq salmısan öz ünvanını.
Eşq səndən soruşmaz, nə axtarırsan,
Kimi ömrün boyu soraqlayırsan.
Bir də görərsən ki, artıq tapmısan
Arzunda yaşayan nadir qadını.
Eşq səndən soruşmaz, xoşbəxtsənmi sən,
Ya verdiyi paydan məmnun deyilsən.
Bir də görərsən ki, sehirlənmisən –
Dərd alıb, vermisən eşqə canını...
...
Alıb başım üstünü qəfil qasırğa kimi,
Sakit axan ömrümdən, söylə, nə istəyirsən?
Xəbis bir şeytanmısan, ya xeyirxah mələkmi –
“Oyan, mənəm, gəlmişəm, aç qapını” deyirsən,
Könlümün qapısını, ah, nə gözəl döyürsən?
Əzabın baldan şirin, atəşin ovsunlayan –
Bilmirəm, nə möcüzə, bilmirəm, nə sehirsən!
İç dünyama süzülüb məni hökmünə alan
Varlığımtək sevdiyim nəğmələrə dönürsən –
Könlümün qapısını, ah, nə gözəl döyürsən?
Yaşım o yaş deyildi, hər nağıla aldanam –
Məni məndən yaxşımı anlayırsan, duyursan?
Sən qapımı döyəli bir cavabsız sualam –
Görən, bəxt çələngimə daha nələr hörürsən,
Könlümün qapısını, ah, nə gözəl döyürsən?
Lütf edib, açmazmısan varlığından pərdəni?
Ağa kərəmsiz olmaz, qul xətasız, bilirsən!
Bağışla bu sadəlövh, bu günahkar bəndəni –
KÖNÜLLƏRİNSULTANI,məhəbbətsən yəqin sən!
Könlümün qapısını, ah, nə gözəl döyürsən?
...
Keçib daha --
Gəlmişəm mən!
Qapından qovacaqsanmı?
Məni həyatından keçən
Səhvyolçu sayacaqsanmı ?
“Gəl” sözü donub dilində --
Nə çəkirsən ürəyində?
Bir inad var gözlərində --
Sevgini danacaqsanmı?
Göydə quş da olmasın tək --
Bu dəli inaddan əl çək!
Boş mənzil,SEVGİSİZÜRƏK –
Soyuqdan donacaqsanmı