Səxavət Nur Aygün Kazımovanı şoka saldı - 'İMZA MƏN' VİDEO
MAQAZİN
13:54 18.07.2012
6071
Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti Aygün Kazımova “ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişinin qonağı olub.AZXEBER.COM-un məlumatına görə, verilişin və layihənin rəhbəri Səxavət Nurla səmimi söhbət edən xalq artistimiz efirdə onu öpməkdən də çəkinməyib. Çəkilişi "Park Bulvar"da olan veriliş böyük maraqa səbəb olub. Aygün Kazımovanın fanatları "Park Bulvar"a axın edib, sevimliləriylə doyunca foto çəkdiriblər.
Onu da qeyd edək ki, bu çəkiliş Azərbaycan mətbuatının gündəmini zəbt edib. Xəbər saytları, qəzetlər, informasiya agentlikləri "İmza Mən"in uğurundan yazıblar. Hər kəsin səbrsizliklə gözlədiyi "Səxavət Nurla İmza Mən" verilişi 20 iyul saat 19.30-da Xəzər TV və Araz FM 103.3-də yayımlanacaq.
Qeyd edək ki, verlişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.