Sexdə partlayış

Sexdə partlayış
Bütün Xəbərlər
19:32 01.11.2011
1640
Sumqayıt şəhəri ərazisindəki dəmirçi sexində partlayış baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri ərazisində dəmirçi sexlərinin birində şəhər sakinləri Bayram Feyzullayev və Mehman Hacıyev avtomaşında qaynaq işləri apararkən partlayış olub. Partlayış nəticəsində Bayram Feyzullayev və Mehman Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR