Seymur Kazımov: “Azərbaycanda jurnalist təhsili yox səviyyədədir
MEDİA
00:47 14.10.2011
3227
“Azərbaycanda jurnalist təhsili yox səviyyədədir. Çox təəsüf ki, bu gün ölkəmizdə jurnalistika təhsili sırf nəzəriyyəyə söykənib. Universitetlərdə mikrafon yoxdur. Müəllim mikrafonun hansı hissələrdən ibarət olduğunu tələbəyə aşılayır amma tələbə mikrafona toxuna bilmir. Mən istəyirəm ki, jurnalistika fakültəsinin tələbəsi kameradan görüntü götürə bilsin, heç olmasa mikrafonu necə tutmaq lazım olduğunu öyrənsin. Bu tələbələr diplom alıb redaksiyalara gedəndə baş redaktorlar şikayətlənir ki, bunlar 4 il ərzində ancaq kitab oxuyublar, başqa heç nə bacarmırlar” AZXEBER.COM-un məlumatına görə, bu sözləri Azərbaycan Media Mərkəzinin layihələr üçün meneceri Seymur Kazımov “Gənclərin səsi” radiosunda deyib. O Slavyan Jurnalistika fakültəsinin digər universitetlərin jurnalistika fakültələrindən yaxşı mənada fərqləndiyini də vurğulayıb: "Bəzi jurnalistlər tanıyıram ki, onlar jurnalistika fakültəsində oxuyub, hazırda jurnalist işləyirlər amma onlar jurnalist işləməsələr yaxşıdır. İnsafən qeyd edə bilərəm ki, hazırda Slavyan Dövlət Universitetində müəyyən işlər aparılır. Digər universitetlərdə isə heç bir yenilik yoxdur”.