Şeyx Londonda qəfildən öldü - Səbəbi narkotika və seks...

DÜNYA
12:01 03.07.2019
6683
Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyinin rəhbəri Sultan bin Muhammed əl-Qasıminin oğlu şeyx Xalid bin Sultan əl-Qasımi Londondakı evində ölü tapılıb.

Bu haqda "The Sun” qəzeti yazır. Bildirilir ki, Qasımi Londonun zənginlər məskəni olan Naytsbric rayonundakı evində ölüb. Evə daxil olan fövqəladə xidmət əməkdaşları çoxlu sayda narkotik maddə tapıblar.

Qəzetə danışan mənbələr deyiblər ki, kişi geyim markasının sahibi olan 39 yaşlı Qasıminin yaşadığı evdə narkotik və seks məclisi təşkil edilirdi. Lakin London polisi bu məlumatı nə təsdiq, nə təkzib edib.

Mənbələr isə deyiblər ki, evdə baş verənlərə əsasən şeyxin qonaqları narkotik istifadə ediblər və sekslə məşğul olublar. Bu səbəbdən Qasıminin narkotik dozasının aşılması nəticəsində ölmüş ola biləcəyi təxmin edilir. Mənbənin dediyinə görə, polis şeyxin ölümü ilə bağlı təhqiqatın məxfi qalmasına çalışır.

Şeyxin ölümü ilə bağlı Şarja əmirliyində üç gün milli matəm elan edilib və bayraqlar yarıya qədər endirilib. Şarja əmiri şeyx Məhəmməd Bin Sultan əl-Qasımi bir oğlunu 1999-cu ildə 24 yaşındaykən itirmişdi. O vaxt ingilis mediası şeyxin oğlunun narkotik dozasının aşılması nəticəsində öldüyünü yazmışdı.

Şeyx Xalid bin Sultan əl-Qasımi 9 yaşından İngiltərədə yaşayırdı, o Londonda təhsil alıb və 2008-ci ildə "Qasimi Homme” adlı kişi geyim markasını yaradıb, moda biznesinə girib.
 
///Unikal.org

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:14 20.10.2020

Ankarada Ermənistana etiraz olaraq avtoyürüş keçirilib - FOTO

16:01 20.10.2020

Ermənilərin Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı

15:53 20.10.2020

Düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının tam - SİYAHISI

15:41 20.10.2020

Prezident: “Ermənistan rəhbərliyində nə ağıl var, nə mənəviyyat”

15:34 20.10.2020

Zəngilana Azərbaycan bayrağı belə sancıldı: Hər kəsi qürurlandıran VİDEO

15:31 20.10.2020

Bu gün işğaldan azad edilən ərazilərin tam - SİYAHISI

15:30 20.10.2020

İlham Əliyev Xocavəndin isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

15:24 20.10.2020

Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib

15:19 20.10.2020

SON DƏQİQƏ! Zəngilan şəhəri işğaldan azad edildi

15:11 20.10.2020

Prezident: "Əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır"

15:07 20.10.2020

Prezident: “Ağıllarını itiriblər, heç kim onları tanımayacaq”

15:04 20.10.2020

İlham Əliyev: “Biz böyük qayıdışın astanasındayıq”

14:54 20.10.2020

İlham Əliyev: "Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram"

14:52 20.10.2020

İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM

14:41 20.10.2020

SON DƏQİQƏ! Ermənistan geri çəkildiyini açıqladı

14:36 20.10.2020

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” - FOTO