Şeyxdən vacib - GÖSTƏRİŞ

Şeyxdən vacib -  GÖSTƏRİŞ
Bütün Xəbərlər
15:37 13.12.2014
1078
Paytaxtın dini dükanlarında, kitab mağazalarında satılan namaz cədvəlləri, dini təqvimlər yığışdırılır.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə musavat.com-a daxil olan məlumatda qeyd olunur ki, dövlət məmurları şəhərdəki dini dükan və kitab mağazalarına gedərək, oradakı dini təqvim və namaz vaxtlarını müsadirə edirlər. Müsadirənin hansı səbəbdən aparıldığı ilə bağlı məlumat verilmir.
Satıcılara sadəcə olaraq, bu təqvimlərin qadağan edildiyi, yalnız Şamaxı Rəsədxanasının məlumatları əsasında QMİ-nin rəyi ilə hazırlanmış vahid təqvimlərin satışına və yayımına icazə verildiyi bildirilib.
O da qeyd olunur ki, hökumət nümayəndələri yalnız Şamaxı Rəsədxanası və QMİ-nin birgə hazırladığı təqvimlərin satıla biləcəyini, qalanlarının qadağan edildiyini bildiriblər. Xəbərdə xüsusi vurğulanır ki, Şamaxı Rəsadxanası istisna olmaqla, digərlərinə fərq qoyulmadan Türkiyə, İran və başqa xairci ölkələrin elmi mərkəzləri tərəfindən hazırlanan bütün təqvimlər yığışdırılır.
Əlbəttə, bu məsələ daha əvvəldən gündəmdə olub və QMİ məscidlərə, dindarlara müraciət edərək, yalnız Şamaxı Rəsədxanası tərəfindən hazırlanmış və QMİ-nin təsdiqlədiyi cədvəldən istifadə etməyi tövsiyə edib.
Ancaq problem ondadır ki, bu təqvimlərə etibar edilmir, çünki rəsədxananın hazırladığı namaz vaxtları xeyli dərəcədə hazırda istifadə olunan təqvimlərdən fərqlidir və şübhə yaratdığı üçün etimad göstərilmir. Bu səbəbdən də hökumətin birdən-birə məcburi şəkildə vahid təqvimə keçidi narahatlığa səbəb olub.
İndi isə QMİ-nin tövsiyəsi ilə hökumət məcburi qaydada digər təqvimləri yığışdırır. Ancaq bu məsələnin əsas narahatlıq doğuran məqamı gələn ildən məscidlərin də məcburi şəkildə rəsədxana təqvimi əsasında namaz qıldırmasıdır.
Çünki qeyd etdiyimiz kimi, Şamaxı Rəsədxanasının hazırladığı cədvəllərdə namaz vaxtları dəqiq olmur, bu isə dindarlar arasında rəsədxananın hazırladığı cədvəllərə etimadsızlığa səbəb olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
14:55 12.09.2025
Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
14:48 12.09.2025
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik