40 minə yaxın sənəd gətirilib.
Qafqaz Müsəlmanları İdarəsinin tarixi ilə bağlı çoxcildli kitab hazırlanır.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu QMİ-də dindarlarla keçirilən görüşdə qurumun sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, bununla bağlı müxtəlif ölkələrdən Azərbaycana 40 minə yaxın sənəd gətirilib.
Şeyxülislam qeyd edib ki, QMİ əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin arxivində də araşdırma aparır:
“Sovet dövründə və ondan əvvəlki dövrlərdə dindarların “kulak” elan olunması, repressiyaya məruz qalması, dinimizlə bağlı müxtəlif dövrlərdə baş verənlər bu kitablarda əksini tapacaq”.