Şeyxülislam Allahşükür Paşazadə Əbu Dabidə görüşlər keçirib

Şeyxülislam Allahşükür Paşazadə Əbu Dabidə görüşlər keçirib
Bütün Xəbərlər
11:00 10.03.2014
472
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabi şəhərində səfərdədir.Tərkibinə Milli Məclisin bir qrup deputatının da daxil olduğu nümayəndə heyətinin səfərindən məqsəd “Müsəlman cəmiyyətlərində sülhün təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. Ölkəmizin BƏƏ-dəki səfirinin müşayiət etdiyi nümayəndə heyəti martın 9-da konfransın himayədarı, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan, İSESCO-nun baş katibi Abduləziz Osman Altvaicri, Küveyt dövlətinin vəqflər və İslam işləri üzrə nazirinin birinci müavini Adil Əl-Fəlah ilə görüşlər keçirib.
OXŞAR XƏBƏRLƏR