Səyyad Arana daha bir vəzifə verildi

Səyyad Arana daha bir vəzifə verildi
Bütün Xəbərlər
13:14 10.01.2013
1190

Ötən ilin sonlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini təyin olunan Səyyad Arana daha bir vəzifə verilib. 

Modern.az saytının məlumatına görə, Səyyad Aran Dövlət Komitəsinin təsis etdiyi “Cəmiyyət və din” qəzetinin baş redaktoru vəzifəsinə də təsdiqlənib. Həftəlik “Cəmiyyət və din” qəzetinin bugünkü sayı Səyyad Aranın baş redaktorluğu ilə işıq üzü görüb. Qəzetin bu sayında Səyyad müəllim müəllif yazısı ilə də çıxış edib. Qeyd edək ki, ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxan “Cəmiyyət və din” qəzetinin əvvəlki baş redaktoru Elçin Cabbarov Hidayət Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrliyindən gedəndən sonra işdən çıxmışdı. Qəzetə müvəqqəti olaraq komitə sədrinin müavini Gündüz İsmayılov rəhbərlik edir. Artıq bundan sonra “Cəmiyyət və din” Səyyad Aranın baş redaktorluğu ilə dərc olunacaq. S.Aran 2006-2010-cu illərdə  Azərbaycanın İstanbuldakı konsul vəzifəsində çalışıb. Sonra Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışıb. 2012-ci il noyabrın 16-da Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini vəzifəsinə təyin olunub.

OXŞAR XƏBƏRLƏR