Səyyar “ASAN xidmət” Ağstafada fəaliyyət göstərəcək

Səyyar “ASAN xidmət” Ağstafada fəaliyyət göstərəcək
Bütün Xəbərlər
10:46 14.04.2014
882
Mərkəzin məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır.
“ASAN xidmət” regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
AZXEBER.COM xəbər verir ki, “ASAN xidmət”dən verilən məlumata görə, bu günə kimi Xırdalan şəhərində Abşeron, Qazax, Ağstafa və Tovuz rayonlarının sakinlərinə səyyar “ASAN xidmət” göstərilib.
Məlumata görə, cari ilin 14-23 aprel tarixində Ağstafa, Qazax və Tovuz rayonlarının ümumi sayı 330 000-dən çox olan sakini səyyar “ASAN xidmət”dən Ağstafa rayonunda yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
2014-cü ilin dekabr ayına qədər səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
OXŞAR XƏBƏRLƏR