Səyyar “ASAN xidmət” Mingəçevirdə

Səyyar “ASAN xidmət” Mingəçevirdə
Bütün Xəbərlər
11:27 12.05.2014
746
95 000-dən çox sakin bu xidmətlərdən yararlana bilər.
Cari ilin 12-23 may tarixində Mingəçevir şəhərinin 95 000-dən çox olan sakini Səyyar “ASAN xidmət”dən Mingəçevir şəhərində yararlana biləcək.
AZXEBER.COM xəbər verir ki “ASAN xidmət”dən verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
2014-cü ilin dekabr ayına qədər Səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
OXŞAR XƏBƏRLƏR