Səyyar “ASAN xidmət” Tovuzda

Səyyar “ASAN xidmət” Tovuzda
Bütün Xəbərlər
12:12 28.04.2014
865
330 mindən çox sakin bu xidmətdən yararlana bilər.
2014-cü ilin 27 aprel - 8 may tarixində Tovuz, Qazax, Ağstafa rayonlarının 330 000-dən çox olan sakini Səyyar “ASAN xidmət”dən Tovuz rayonunda yararlana biləcək.
AZXEBER.COM xəbər verir ki “ASAN xidmət”dən verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
2014-cü dekabr ayına qədər Səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
OXŞAR XƏBƏRLƏR