Səyyar “ASAN xidmət” Xaçmazda

Səyyar “ASAN xidmət” Xaçmazda
Bütün Xəbərlər
13:21 18.08.2014
754
415 mindən artıq sakin xidmətlərdən yayarlana bilərlər.
Cari ilin 19-31 avqust tarixində Xaçmaz, Qusar və Quba rayonlarının 415.000-dən artıq sakini Səyyar ASAN xidmətdən Xaçmaz rayonunda yararlana biləcəkdir.
AZXEBER.COM xəbər verir ki, “ASAN xidmət”dən verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir: notariat fəaliyyəti; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; torpaq kadastrı məlumatları barədə arayışların verilməsi; əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Qeyd edək ki, 2014-cü ilin dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
OXŞAR XƏBƏRLƏR