Silahlı şəxs həmyerlisini girov götürdü - Ağdamda olay

SOSİAL
14:36 14.03.2016
2445
Ağdamda bir nəfər öz həmyerlisini girov götürüb.
Hadisə bu dəqiqələrdə 82 saylı İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Süleymanov Sərxan Allahverdi oğlu qəsəbənin digər sakinini tüfənglə girov götürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Nəticədə girov S.Süleymanovun əlindən alınıb. Lakin tüfəngi onun əlindən almağa müvəffəq olmayıblar. Silahlı şəxs hazırda girov götürdüyü şəxsin evinin qarşısında dayanıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
///AzNews.az 

OXŞAR XƏBƏRLƏR