Sim-kartları dəyişmək lazım olacaq

Sim-kartları dəyişmək lazım olacaq
Bütün Xəbərlər
00:49 15.05.2013
3030
Mayın 15-dən etibarən Azərbaycanda mobil rəqəmsal imzaların ("ASAN-imza") verilməsinə başlanılacaq. Bu barədə Trend-ə Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samirə Musayeva məlumat verib. Onun sözlərinə görə, mobil rəqəmsal imzaları "ASAN xidmət" mərkəzləri və nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək olar."Mobil rəqəmsal imzalardan istifadə etmək üçün Sim-kartları dəyişmək lazım olacaq. Bununla əlaqədar olaraq mərkəzlərdə Azərbaycan mobil operatorlarının nümayəndələri işləyəcək. "ASAN-imza" əlavəsinin tətbiqi və mobil rəqəmsal imzaların sertifikatının aktivləşdirilməsi həm nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərində, həm də "ASAN xidmət" mərkəzlərində mümkün olacaq", - deyə Musayeva bildirib.Mobil imza mərkəzinin yeni platforması Azərbaycanın hər üç mobil rabitə operatorunun platformaları ilə inteqrasiya olunub.
OXŞAR XƏBƏRLƏR