Şimal Kipr Prezidenti: Bakı ilə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib

Şimal Kipr Prezidenti: Bakı ilə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib
SİYASƏT
01:41 29.09.2024
355
Azərbaycanla dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir.

Bunu "Report”un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

Ölkə başçısı türk xalqlarının birliyinin zəruriliyinə diqqət çəkib və Azərbaycanın ölkə başçısı Prezident İlham Əliyev arasında çox səmimi, məhsuldar münasibətlər olduğunu bildirib: "Prezident İlham Əliyev məni iki dəfə Bakıya dəvət edib. Azərbaycanla möhkəm dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir. Mən bu münasibətlərə çox böyük dəyər verirəm”.

"Güclü türk dünyasına ehtiyacın olduğunu” deyən Ersin Tatar Prezident İlham Əliyevin də onunla "görüşlərində hər zaman buna vurğu etdiyinə” diqqət çəkib:

"İlham Əliyevin "Türk dünyası, türk birliyi güclü olsa, biz də güclü ola bilərik” fikri ilə tamamilə razıyam. Hər iki lider – Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti Əliyevin birgə səyləri nəticəsində türk dünyası sözün əsl mənasında güclənib. Mən hər iki prezidentlə söhbətlərimdə deyirəm ki, biz bir millət, üç dövlətik. Biz bir-birimizi xalqımızın daha gözəl və parlaq gələcəyi üçün dəstəkləyirik. Şimali Kipr Türk Cümhuriyyəti olduqca kritik bir bölgədədir, resursların sonu, hərbi və təhlükəsizlik məsələlərinin bir qədər qarışıq olduğu problemlərlə sərhədlənib. Bizim türk dünyasının dəstəyinə ehtiyacımız var”.

Prezident BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsindəki görüşlərində Kipr məsələsinin həlli üçün apardığı danışıqlardan söz açıb: "Təəssüf ki, bir çoxu reallıqları görmək istəmir. Onlar düşünürlər ki, Kipr Respublikası bütöv adadan ibarətdir. Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir. Ona görə də Türkiyənin lideri bu məsələdə hər zaman narahatlığını və həssaslığını dilə gətirir. Onlar Şimali Kipr Türk Cümhuriyyətinin mövcudluğunu anlamalıdır. Biz azlıq təşkil edən hansısa bir xalqın nümayəndəsi deyilik. Biz Şimali Kipr Türk Cümhuriyyətinin qurucuları və vətəndaşlarıyıq. Bizi ölkə və respublika kimi tanımaları üçün sonadək mübarizəmizi davam etdirəcəyik. Hər iki toplumun birlikdə yaşamasını təklif edən federal həll yolu çözüm deyil. Bu məsələdə hər hansı bir həll yolundan söhbət gedirsə, o, ikidövlətli həll yolu olmalıdır. Bütün görüşlərimizdə bunu vurğuladıq və bundan sonra da mübarizəmizi davam etdirəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
12:13 23.06.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
12:12 23.06.2026
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
11:48 23.06.2026
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
11:45 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
11:32 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
11:30 23.06.2026
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
11:26 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
11:23 23.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
11:10 23.06.2026
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
SABAH qruplarına müəllim qəbulu elan edildi
11:06 23.06.2026
SABAH qruplarına müəllim qəbulu elan edildi
Bakı zooparkı ləğv olunur
11:03 23.06.2026
Bakı zooparkı ləğv olunur
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
11:02 23.06.2026
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
11:00 23.06.2026
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
10:39 23.06.2026
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
10:39 23.06.2026
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti
10:31 23.06.2026
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti