“Şimal-qərb regionunda mədəni-tarixi abidələrin təbliği” adlı tədbir keçirilib

GƏNCLİK
19:00 19.08.2016
2397
Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 17 – 19 avqust 2016-cı ildə Ağsuda “Şimal-qərb regionunda mədəni-tarixi abidələrin təbliği” adlı tədbir həyata keçirib. 
AZXEBER.COM-un məlumatına görə, tədbirdə iştirakçılara mədəni-tarixi abidələrlə bağlı məlumat və informasiyalar verilmiş, o cümlədən şimal-qərb bölgəsində mövcud olan mədəni-tarixi abidələr haqqında məlumatların əks olunduğu buklet və broşur, üzərində Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər Mərkəzinin emblemləri olan papaq və köynəklərin paylanılmışdır. 
Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir.

OXŞAR XƏBƏRLƏR