Şimali Kİpr Türk Cümhuriyyətində müstəqilliyimizin 20-ci ildönümü qeyd olundu
GƏNCLİK
02:55 20.10.2011
1703
Ayın 18-də Şimali Kİpr Türk Cümhuriyyətində yeləşən Doğu Akdeniz Universitetində, eyniadlı universitetin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə konsert keçirilib.Konsert Azərbaycan Respublikasının və Türk Cümhuriyyətinin dövlət himni ilə açıq elan edilib. Bundan sonra Şimali Kipr Türk Cühmurhiyyətində fəaliyyət göstərən və ölkəmizi təmsil edən “Buta” rəqs qrupunun iştirakı ilə, Azərbaycan rəqsləri “Sarı gəlin” və “Nəlbəki” nümayiş etdirilib. Rəqs tədbir iştirakçılarının böyük marağına səbəb olub və alqışlarla qarşılanıb. Daha sonra izləyicilərə qrupun fəaliyyəti və məqsədi barəsində “Buta”-ın yaradıcısı və rəhbəri olan, Doğu Akdeniz Universitetinin tələbəsi Rəhim Davudov ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan rəqslərini layiqincən təmsil etməyə çalışan “Buta” 2011-ci il də rəsmən yaradılıb: “ Buna baxmayaraq əvvəllər də universitedə və bir sıra dövlət orqanlarında keçirilən tədbirlərdə yaxından iştirak etmişik. Bundan başqa, bir sıra xarici telekanallarda oyandığımız rəqslər nümayiş etdirilib. Bundan sonra da ciddi uğurlar qazanmağa çalışırıq. Fəxrlə söyləyə bilərəm ki, xarici tələbələrin nəinki, “Buta”-ya, həmçinin Azərbaycan rəqslərinə də marağı yüksək səviyyədədir. Elə bunu alqışlardan da asanlıqa hiss etmək olur”. Çıxışdan sonra Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edilən slayd-şou göstərilib.Universitetin rektoru proffessor Abdullah Öztoprak və onun müavini Məcid Haşhemipour keçirilən belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, Azərbayan xalqını dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik ediblər.Universitetin əməkdaşı İrfan Muxtarov isə konsertdə iştirak edərək, birliyimizi sübut edən iştirakçılara öz təşəkkürünü bildirib.Konsertdə DAU-da təhsil alan 480 azərbaycanlı tələbə və universitetin müəllim və proffessor heyətilə yanaşı, Azərbaycandan Bakı şəhər Baş Təhsil İdarəsinin rəis müavinləri, ölkəmizin ən qabaqcıl olan 28 məktəbindən direktor iştirak edib.Bakı şəhər Baş Təhsil İdarəsinin müavinləri Məhəmməd Bayramov və Məhəbbət Qarabağlı da təbriklərə qoşulub. Sonda ölkəmiz də keçirilən Tələbə Qəbulu Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında 600-dən yüksək bal toplayıb və bu universitetdə təhsil almaq şansını qazanan 20 tələbəyə DAU-tərəfindən xüsusi mükafat təqdim olunub. Daha sonra tədbir konsert proqramı ilə izləyicilərin ixtiyarına verilib.