Şimali Kiprdə ‘Azərbaycanın Mədəniyyət gecəsi’ keçirildi

Şimali Kiprdə ‘Azərbaycanın Mədəniyyət gecəsi’ keçirildi
MƏDƏNİYYƏT
16:30 27.04.2012
2191

Çoxsaylı xarici qonaqların iştirak etdiyi gecədə tanınmış muğam ustası Bəsti Sevdiyeva solo konsertlə çıxış edib.

AZXEBER.COM-un Şimali Kiprdə olan müxbiri Cəfər Mənsiminin verdiyi məlumata görə, Şimali Kiprdə yerləşən və burada yeganə dövlət universiteti olan Doğu Akdeniz universitetində, eyniadlı universitetin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Gecəsi təşkil olunub. Universitetin Azərbaycan cəmiyyətinin vitse-prezidenti Tofiq Hüseynovun verdiyi məluata görə, gecədə Republikamızın Əməkdar artisti, muğamlarımızın və xalq mahnılarımızın bənzərsiz mahir ifaçısı, tanınmış muğam ustası Bəsti Sevdiyeva solo-konsertlə çıxış edib.

Vitse-prezidentin verdiyi məlumata görə, Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, çoxsaylı xarici tələbələrin, universitetin rektoru və müəllim heyətinin iştirak etdiyi gecəni, eyni adlı universitetin tələbəsi Orxan Ərnağızadə açaraq, öncə tədbir iştirakçılarını salamlayıb. Daha sonra o, hər kəsi Azərbaycanın mədəniyyət və tarixini özündə əks etdirən tanıtım filiminə baxmağa dəvət edib.

Bundan sonra azərbaycanlı tələbələrin ifasında milli rəqslərimiz nümayiş olunub.

Daha sonra Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov çıxış edərək keçirilən belə tədbirlərin məqsəd və əməmiyyətindən söhbət açıb. Bildirilib ki, gecənin məqsədi Azərbaycan mədəniyyətini adıçəkilən universitetdə təhsil alan çoxsaylı xarici tələbələrin nəzərinə daha doğlun şəkildə çatdırmaq və milli-mədəniyyətimizi onlar arasında təbliq etməkdir.Bundan başqa o, Azərbaycan mədəniyyəti, onun dünya mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verib. O, Bəsti Sevdiyevanın Şimali Kiprə səfər etməsini tarixi hadisə adlandırıb.

Gecədə iştirak edən Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq keçirilən belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, azərbaycanlı tələbələrin hər zaman öz mədəniyyətlərini təbliq etmək məqsədilə keçirtdiyi çoxsaylı tədbirlərdən danışıb. Rektor tanınmış muğam ustası Bəsti Sevdiyevanı rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluq hissi duyduğunu gecə iştirakçılarının nəzərinə çatdırıb və gecədə iştirak etdiyi üçün sənətkara minnətdarlıq edib.

Bundan sonra Doğu Akdeniz Universitetinin tələbəsi və eyni zamanda həmin universitetin Azərbaycan Cəmiyyətinin Mədəniyyət şöbəsinin müdiri Cəfər Mənsiminin ifasında, Almaz İldırımın “Azərbaycan” şeiri səsləndirilib. Səsləndirilən şeir gecə iştirakçılarının alqışına səbəb olub.

Səsləndirilən şeirdən sonra, alqışlarla səhnəyə muğam ustası Bəsti Sevdiyeva dəvət olunub. Bəsti Sevdiyeva öz əvəzsiz və tükənməz səsi ilə gecədə iştirak edən hər kəsi vətənpərvər olmağa və öz mədəniyyətlərinə sahib çıxmağa səsləyib. Gecənin açılışını “Çırpınırdı Qara dəniz” mahnısı ilə başlayan sənətkarın ifa etdiyi xalq mahnıları və muğamlar hər kəsin coğusuna səbəb olub və alqışlarlara qarşılanıb. Gecəni “Yaşa Azərbaycan” mahnısı ilə bitirən Bəsti Sevdiyevaya sonda universitetin rektoru Abdullah Öztopraq tərəfindən təşəkkür mükafatı verilib.

Gecədə iştirak edən qonaqlar, belə bir möhtəşəm canlı konserti həyatlarında ilk dəfə seyr etdiklərini etiraf ediblər.

Gecənin səhərisi günü, universitetin rektoru tərəfindən Bəsti Sevdiyavanın şərəfinə ziyafət təşkil olunub və ziyaf ətdə əməkdar artistin doğum günü qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq