Şimali Koreya Yapon dənizi istiqamətinə naməlum mərmi buraxıb.
Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən "Yonhap” agentliyi məlumat yayıb.
"Şimali Koreya Yapon dənizi istiqamətinə naməlum mərmi atıb”, – Cənubi Koreyanın hərbi rəhbərliyinin açıqlamasında bildirilib.
Mərminin növü, uçuş məsafəsi və buraxılışın digər təfərrüatları barədə hələlik məlumat verilməyib.
///modern.az///











































