Şimali Makedoniyanın yayım kanalı MRT-nin direktoru ölkənin 2027-ci ildə Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, ölkənin sözügedən yarışmada son iştirakı 2022-ci ildə olub.
Həmin il Andrea "Circles” mahnısı ilə təmsil etmişdi və yarımfinalda 11-ci olmuşdu, finala çıxa bilməmişdi.
Çəkilmə səbəbi olaraq maliyyə və enerji böhranı göstərilmişdi.
Aysel











































