Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
SİYASƏT
14:07 21.10.2026
367
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

AZXEBER.COM xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin iki ölkə arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.
OXŞAR XƏBƏRLƏR