Şimali Qafqazda böyük əməliyyat

Şimali Qafqazda böyük əməliyyat
Bütün Xəbərlər
10:17 21.02.2012
1138

Rusiyanın hüquq-mühafizə orqanları ötən həftə Şimali Qafqazda keçirdikləri əməliyyat nəticəsində 25 terrorçunu, o cümlədən Dağıstandakı qanunsuz hərbi birləşmələrdən birinin rəhbəri olan Əbdül Əbdülkərimovu həbs ediblər.

APA-nın məlumatına görə, əməliyyatlar zamanı iki qruplaşmanın rəhbəri və beş silahlı öldürülüb. Öldürülənlər arasında “Dağıstan vilayətinin əmiri” İbrahimxəlil Davudov və Xasavyurt təxribat-terrorçu qruplaşmasının lideri, “Mühəmməd” ləqəbli Maqomed Qasımov da var. Əməliyyatlar zamanı terrorçulara məxsus dörd gizli silah anbarı müəyyənləşdirilib. Anbarlardan çoxlu sayda silah-sursat götürülüb.

OXŞAR XƏBƏRLƏR