“Simurq”un prezidenti artıq azadlıqda

“Simurq”un prezidenti artıq azadlıqda
Bütün Xəbərlər
10:30 17.05.2015
1600
“Simurq” futbol klubunun prezidenti Anar Bəkirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) dindirilib, ancaq saxlanılmayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə virtualaz.org saytına Anar Bəkirovun vəkili Rəsul Sadiqov bildirib.
Onun sözlərinə görə, Anar Bəkirovun Azərbaycan Beynəlxalq Bankına borcu olmayıb. Bank futbol klubunun çempionatda çıxış edə bilməsi üçün ona 1 milyon manat həcmində zəmanət paketi verib, amma klub bundan istifadə etməyib.
Hazırda Anar Bəkirov azadlıqdadır.
Qeyd edək ki, Anar Bəkirov hüquq-mühafizə orqanları tərəfindən istintaqa çağırıldığını etiraf etmişdi.
OXŞAR XƏBƏRLƏR