Sınaq imtahanının vaxtı açıqlandı

Sınaq imtahanının vaxtı açıqlandı
Bütün Xəbərlər
14:17 03.05.2013
1242

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 5-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 31 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

TQDK-nın mətbuat xidmətindənAZXEBER.COM-a verilən xəbərə görə, sınaq imtahanı Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax,Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 54 binada keçiriləcək.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb. Qeydiyyatdan keçən 39366 abituriyentdən 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır.

OXŞAR XƏBƏRLƏR