Sırski Fedorova təşəkkür edib - müharibəyə fokuslanmağa çağırıb

Sırski Fedorova təşəkkür edib - müharibəyə fokuslanmağa çağırıb
DÜNYA
19:24 16.07.2026
128
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski müdafiə naziri Mixail Fedorovun istefasının səbəblərindən birinin onların arasında yaranmış münaqişə olması barədə məlumatların yayılmasından sonra ilk açıqlamasını verib.

Sırski özünün "Telegram” kanalında paylaşdığı yazıda Fedorovun bugünkü mətbuat konfransına eyham vuraraq fəxr etdiyi 2022-ci il Kiyevin müdafiəsi əməliyyatı sayəsində paytaxta ictimai tədbirlərin keçirilə bildiyini deyib.

"Mən 2022-ci ildə Kiyev müdafiə əməliyyatı ilə fəxr edirəm. Məhz onun sayəsində Ukraynanın paytaxtını müdafiə edə bildik. Bu gün həmin şəhərdə brifinqlər keçirilə, konsepsiyalar hazırlanıb qərarlar qəbul oluna bilir", – Sırski yazıb.

Komandan paylaşımında diqqətin şəxsi qarşıdurmalara deyil, müharibəyə yönəldilməsinin vacibliyini vurğulayıb.

"İndi əsas diqqəti müharibəyə və artıq konkret nəticələr göstərən effektiv strategiyaya yönəltməliyik", – o qeyd edib.

Baş komandan eyni zamanda Fedorova müdafiə naziri kimi fəaliyyətinə görə təşəkkür edib və ona "bundan sonra da Ukrayna komandasının üzvü olaraq qalmağı" arzulayıb.

Qeyd edək ki, bu gün keçirdiyi brifinqdə Mixail Fedorov Sırskini Müdafiə Nazirliyinin təşəbbüslərini bloklamaqda ittiham etmiş, həmçinin Baş komandanın və Baş Qərargah rəisinin dəyişdirilməsinin vacibliyini bildirmişdi.
 
///apa
OXŞAR XƏBƏRLƏR