Şirvanda dostu ilə çimən 10 yaşlı uşağın faciəsi

Şirvanda dostu ilə çimən 10 yaşlı uşağın faciəsi
Bütün Xəbərlər
12:54 01.07.2014
861
Şirvan şəhərində faciəvi hadisə baş verib.
Şəhər polis şöbəsindən ANS PRESS-ə verilən əmlumata görə, Dehmanlı məhəlləsi adlanan ərazisində qeydə alınıb.
Belə ki, həmin ərazidən keçən Baş Şirvan kollektorundan uşaq meyidi tapılıb. Araşdırmalar zamanı meyidin 1 May küçəsində yaşayan 2004-cü il təvəllüdlü Kamran Qədir oğlu Hümbətov olduğu müəyyən olub.
Bildirilir ki, 26 iyunda Kamran Hümbətov dostu ilə birlikdə kanalda çimərkən suya yıxılıb. Sonradan onun meyidi tapılmayıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR