Şirvanda qatar ağır tonnajlı yük maşını ilə toqquşub.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, yük maşınına ciddi ziyan dəyib.Hadisə ötən gün saat 20:30 radələrində Şirvan şəhəri Naxçıvan küçəsində qorunmayan dəmir yol xəttinin üzərində qeydə alınıb. Belə ki, Ucar rayonunun Müsüslü kənd sakini, 49 yaşlı Allahverdi Mürsəl oğlu Mikayılovun idarə etdiyi “HOWO” markalı 90-MR-516 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub.Qəza nəticəsində qumla dolu yük avtomobilin qarşı hissəsi ciddi zədələnərək yararsız hala düşüb. Xoşbətlikdən sürücü hadisədən canını salamat qurtara bilib.Hadisə şahidlərinin sözlərinə görə, qatar keçidə 50-60 metr qalmış xəbərdarlıq siqnalından isdifadə edib, amma sürücünün məsuliyyətsizliyi qəzaya gətirib çıxarıb. Sürücülərin sözlərinə görə, bu ərazidə daimi qəzalar baş verir. Buna səbəb isə yolun sağ və sol hissəsində görüntünü məhdudlaşdıran həmişəyaşıl ağacların olmasıdır.Faktla bağlı Şirvan yol xətti polisi tərəfindən araşdırma aparılır.