Şirvan şəhərinin icra hakimiyyətinin başçısı Mərdan Camalov hazırda Azərbaycanda yoxdur. AZXEBER.COMxəbər verir ki, bu barədə "Report"a icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, icra hakimiyyətinin başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: "Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda partlayış baş verən əraziyə icra hakimiyyəti başçısının birinci müavini Samit Hacıyev gedib". Qeyd edək ki, iyulun 6-da Telemexanika Zavodunda sexlərdən birində baş verən partlayış nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 19 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.