bu gun Şıx Aquaparkında xoşagəlməz insident yaşanıb. İstirahət məkanında olan jurnalistlər özləri ilə gətirdikləri sərinləşdirici içkini içərkən, obyektin ofisiantı media işçilərinə əraziyə kənardan sərinləşdirici içkilərin gətirilməsinin qadağan olduğunu deyib. Bu qanun pozuntusuna etiraz edən jurnalistləri özlərini məkanın sahibləri kimi təqdim edən Türkiyə vətəndaşları Mehmet və Yılmaz məkandan çıxarılması haqqında göstəriş verdi.Jurnalistlər öz haqlarını tələb edərkən ərazidə vətəndaşların təhlükəsizliyinə cavabdeh olan Çevik polis alayının əməkdaşları həmkarlarımızı dinləmək istəməyib və sadəcə obyekt sahiblərinin göstərişlərini icra ediblər.Məsələ ilə bağlı jurnalistlər İqtisadiyyat və Sənaye Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 012 498 15 01 saylı qaynar xəttinə müraciət ediblər. Həmkarlarımıza bu qurumdan Pərviz İsmayılov adlı əməkdaş bildirib ki, hər hansı bir istirahət mərkəzinin vətəndaşların əraziyə sərinləşdirici içkilərlə keçmək qadağası qoymaq ölkə qanunlarına ziddir. Şikayəti qeydə alan şəxs bildirib ki, məsələ nəzarətə götürüldü, problem araşdırılacaq.Əlavə edək ki, həmkarlarımızın apardığı müşahidələrdən məlum olub ki, istirahət məkanına sərinləşdirici içki ilə gələn bütün vətəndaşlardan içkilər alınır və onlarla kobud davranılır.Bundan başqa Şıx Aquaparkında hüququnu tələb edən hər kəsə:"hara və kimə istəyirsiz deyin" cavabı verilir.Xüsusi olaraq qeyd edək ki, vətəndaşlara xidmət qarşılığında verilən çeklərdə bu qadağa haqqında qeyd yoxdur.Həmin çekin fotosunu da sizə təqdim edirik. /// interpress.az