Azərbaycanın bir qrup tanınmış aktyoru Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) üzv olmaq üçün ərizə ilə müraciət ediblər.
ARKİ-dən Trend-ə verilən məlumata görə, yeni yaradılmış ittifaqa qoşulmaq istəyənlər Xalq artisti Səyavuş Aslan, əməkdar artistlər Loğman Kərimov, Münəvvər Əliyeva, Elşən Rüstəmov və Qurban Məsimovdur.