Siyavuş Novruzov Ziylalılar Forumu haqda: 'Bunlar fərari ziyalılardırlar'

Siyavuş Novruzov Ziylalılar Forumu haqda:
Bütün Xəbərlər
13:51 06.02.2012
1501
“Ziyalılar Forumu qeyri-qanuni bir qurumdur. Orada yığışanlar ziyalı adından istifadə edirlər. Onların əksəriyyəti Azərbaycanın qlobal problemləri dövründə ölkəni qoyub qaçıblar”. AZXEBER.COM-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, Azərbaycan ziyalısı xalqının problemlərinin həlli ilə, ölkədə islahatların keçirilməsi ilə məşğul olmalıdır: “Ölkədə həqiqi ziyalılar var. Onlar Azərbaycan ədəbiyyatı, elmi, incəsənəti, təhsili və digər sahələrin inkişafında iştirak edirlər. Bir qrup adam var ki, bunlar vaxtilə Azərbaycanın qlobal problemləri olan dövrdə ölkəni qoyub qaçan, Azərbaycan haqqında bir dənə də olsun dəyərli məqalə verməyən insanlardır”. 
OXŞAR XƏBƏRLƏR