Siyəzəndə qadınların seçki toplantısı - FOTOLAR

Siyəzəndə qadınların seçki toplantısı - FOTOLAR
GƏNCLİK
12:00 15.09.2013
1668
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində qadınları fəal iştiraka çağıran “Qadınlar və seçkilər” koalisiyası Siyəzən rayonunda yaşayan və işləyən qadınlarla görüşdü.
AZXEBER.COM-un məlumatına görə, 250-yə qədər qadının iştirak etdiyi görüşdə çıxış edən koalisiya rəhbəri Aynur Quliyeva qadınları səsvermə günü fəal vətəndaş mövqeyi nümayiş etdirərək, seçkidə iştirak etməyə çağırdı. O qeyd etdi ki, Şərq ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququnun verilməsi mütərəqqi haldır. Müqayisə üçün qadınlar ABŞ-da 1919, Türkiyədə isə 1934-cü ildən seçkiyə buraxılıblar. Bu baxımdan azərbaycanlı qadınların seçki mədəniyyətinin yüksək olduğunu bildirən Aynur Quliyeva qadınların nəinki səsvermə, eyni zamanda seçkili orqanlarda iştirak səviyyəsinin yüksək olduğunu bildirdi.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Heydərov rayon əhalisinin tam yarısını qadınların təşkil etdiyini və onların ictimai, idarəetmə, təhsil və səhiyyə sistemində fəal olduqlarını qeyd etdi. Etibar Heydərov qadınların böyük qüvvə olduğunu xatırlatdı və hər bir qadını yaxın ətrafında təbliğat apararaq səsvermədə fəal iştiraka çağırmağa dəvət etdi.
“Qadınlar və seçkilər” koalisiyasının eksperti Fainə Hənifəyeva qadınlara seçki hüququnun verilməsinin tarixindən bəhs edərkən qeyd etdi ki, qadınlar heç də hər zaman səsverməyə buraxılmayıb. Qadınlara səsvermə hüququ verilməsi üçün 19-cu əsrin ikinci yarısından qadın fəallar mübarizə aparıblar, onların mübarizəsi illərlə davam edib və bu, bir çoxlarının həyatı, sağlamlığı, ailə bütövlüyü hesabına başa gəlib. Avropalı və amerikalı qadınlardan fərqli olaraq azərbaycanlı qadınlar seçki hüququna daha asan yiyələniblər:
“Azərbaycan Demokratik Respublikası qurularkən o dövrün aydınları dünyanın hansı istiqamətə getdiyini anlayırdılar və qadınların özləri hazır olmasa belə, onlara seçki hüququ verildi. Qısa müddətdə sovet hökumətinin direktiv fəaliyyəti əsasında qadınlar sürətlə seçkili orqanların işində iştirak etməyə başladılar və artıq 1939-cu ildə 457 min qadın şəhər, vilayət, respublika Ali Məclislərinin üzvləri idi”
Görüşdə əslən Siyəzəndən olan müğənni, Respublikanın Əməkdar artisti Elza Seyidcahan siyəzənli qadınların təhsilli, savadlı olmağa xüsusi diqqət yetirdiklərini, içtimai işlərdə fəal iştirak etmələrini qeyd etdi. Müğənni prezident seçkiləri ilə əlaqədar sentyabrın 19-da “Uğura doğru” şüarı altında konsert verəcəyini bildirdi.
Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan “Qadınlar və seçkilər” koalisiyasına 5 qadın təşkilatı daxildi. “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq