“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
DÜNYA
15:13 10.10.2026
134
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ dövlət katibi Marko Rubionun ölkəsinə dair açıqlamasına münasibət bildirib. 

AZXEBER.COM xəbər verir ki, Qalibaf bu barədə "X” hesabında paylaşım edib və ABŞ-ni "alçaldıcı” məğlubiyyət gözlədiyini bildirib. 

"Biz iranlılar tarix boyu özlərini kainatın hökmdarı elan edən və qədim sivilizasiyaları yer üzündən silməyə çalışanlara qarşı durmuşuq. Onlar od-alovla gəlirdilər, lakin toz-torpaq və rüsvayçılıq içində gedirdilər. İskəndərin şöhrətini miras almaq istəyənlər Valerianın taleyini bölüşəcəklər. Siz diz çökəcəksiniz”, - deyə İran parlamentinin sədri qeyd edib. 

Makedoniyalı İskəndər eramızdan əvvəl IV əsrdə Fars imperiyasını fəth edib. Roma imperatoru Valerian isə  260-cı ildə Edessa döyüşündəki məğlubiyyətdən sonra Fars şahı I Şapura əsir düşüb. İranda bu hadisə tez-tez qüdrətli rəqibin təhqir olunmasının simvolu kimi nümunə göstərilir.

Qeyd edək ki, Marko Rubio oktyabrın 6-da bildirib ki, İran Hörmüz boğazı üzərində nəzarəti tam olaraq itirib. O, burada əsas arqument olaraq sentyabrda Fars körfəzi ölkələrindən neft ixracı həcmlərinin bərpa edilməsini misal çəkib.
OXŞAR XƏBƏRLƏR