Skuter və velosiped istifadəçilərinə xəbərdarlıq edildi - AÇIQLAMA

Skuter və velosiped istifadəçilərinə xəbərdarlıq edildi - AÇIQLAMA
SOSİAL
22:59 16.06.2026
209
Son illərdə Azərbaycanda elektrik skuter və velosipedlərdən istifadə sürətlə artır. Bu nəqliyyat vasitələri sürətli hərəkət imkanı və ekoloji üstünlükləri ilə seçilsə də, yol təhlükəsizliyi ilə bağlı yeni riskləri də gündəmə gətirir. Bəs onların sayının artması yol hərəkətində hansı problemlərə səbəb olur?

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, elektrikli skuter və velosipedlərin təhlükəsiz istifadəsi üçün dövlət proqramı həyata keçirilir.

"Bu proqramın əsas məqsədi hərəkətin təhlükəsizliyini təmin etməkdir. Velosiped və elektrikli skuter istifadəçiləri yol hərəkətinin ən həssas iştirakçıları hesab olunur. Buna görə də bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarını bilməli və onlara ciddi şəkildə əməl etməlidirlər. Qaydalara laqeyd yanaşılması yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır, bu isə həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün təhlükəsizlik baxımından ciddi problemlər yaradır.

Dövlət proqramı çərçivəsində velosiped və elektrikli skuterlər üçün xüsusi hərəkət zolaqları ayrılıb. Bu zolaqlar onların təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır və digər nəqliyyat vasitələrinin həmin ərazilərə daxil olmaması nəzərdə tutulur. Yol hərəkəti qaydalarında bu yanaşma piyadayönümlü şəhər konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirilir. İstifadəçilər də yaradılan şəraitdən düzgün istifadə etməli və müəyyən olunmuş qaydalara riayət etməlidirlər", – deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR