Bu bahalaşma Azərbaycan bazarında nə vaxt hiss oluna bilər və qiymətlər təxminən nə qədər arta bilər?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli söyləyib ki, texnologiya bazarında qiymətlər və ümumilikdə proseslər o qədər sürətlə dəyişir ki, uzunmüddətli proqnoz vermək çətindir.
"Çünki bu sahədə yerli istehsal demək olar ki, yoxdur və əsas mallar xaricdən idxal edilir. Bu baxımdan, xarici bazarlarda qiymət siyasətində baş verən istənilən dəyişiklik və ya yeni texnologiyaların bazara daxil olması nəticəsində qiymətlərin artması Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək. Biz bu məhsul və xidmətləri xaricdən aldığımız üçün, beynəlxalq bazarlarda baş verən qiymət dəyişiklikləri istər-istəməz ölkə daxilində də özünü göstərəcək. Ona görə də, əgər xarici bazarlarda qiymət artımı baş verərsə, Azərbaycanda da bu məhsulların bahalaşacağını gözləmək lazımdır. Təəssüf ki, mövcud vəziyyət bunu qaçılmaz edir”.











































