Sön günlər qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? - VİDEO

Sön günlər qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? - VİDEO
SOSİAL
23:58 09.09.2026
47
Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdən biri bildirib ki, bur neçə gün övladında davamlı müşahidə edilən yüksək hərarətdən sonra  gövdə nahiyəsində səpgilər yaranıb və bədənin digər hissələrinə də yayılıb.

Bəs səpkiləri qızılca, məxmərək kimi virus infeksiyalarına oxşayan "altıncı xəstəlik” nədir?

Uzman pediatr Lalə Nəsirova bildirir ki, herpes virusları tərəfindən törədilən, uşaqlıq dövründə baş verən, kəskin, səpkili virus infeksiyasıdır. Ən çox 6 ay - 2 yaş arasında müşahidə olunur və əsasən bağçaya gedən uşaqlarda rast gəlinir.

 Lalə Nəsirova bildirir ki, antibiotiklər bu infeksiyalarda kifayət qədər təsirli deyil. Çünki antibiotiklər yalnız simptomu sağaltdığı halda, inteqrativ müalicə ilə infeksiyanın yaranma səbəbi müalicə olunur. Yalnız bakterial infeksiya qoşulduğu halda antibiotik müalicəsinə ehtiyac yarana bilər.

OXŞAR XƏBƏRLƏR