Bakıda sakini qaz sobasının üzərinə aşması nəticəsində ölüb.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Qurban Hacıyev evində qaz sobasının üzərinə yıxılaraq yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş Q.Hacıyev orada ölüb.