Sobyanin: Ukrayna bir ayda Moskvaya 6225 PUA hücumu edib

Sobyanin: Ukrayna bir ayda Moskvaya 6225 PUA hücumu edib
DÜNYA
17:13 01.08.2026
141
Ukrayna son bir ay ərzində Rusiya paytaxtına 6225 PUA hücumu edib.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, 1-31 iyul tarixləri arasında Moskva regionuna 6225 PUA uçub.

Moskva meri əlavə edib ki, iyul ayında Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən paytaxta yaxınlaşan

780 dron məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə Rusiya hava hücumundan müdafiə qüvvələri ötən ay ərzində ən azı 21760 dronu zərərsizləşdirib.

///apa.az///
OXŞAR XƏBƏRLƏR