Soçidə fövqəladə vəziyyət elan edilib - FOTO

Soçidə fövqəladə vəziyyət elan edilib - FOTO
Bütün Xəbərlər
11:45 26.06.2015
1855

Xilasetmə əməliyyatları keçirilir.

Soçi şəhərinin Adler və Xostinski rayonlarında leysan yağışların yaratdığı daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, fövqəladə vəziyyət Soçinin meri Anatoli Paxomovun göstərişi əsasında tətbiq edilib. Sakinlərə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunub. “Adler və Xostinski rayonlarında xilasetmə əməliyyatları keçirilir. FHN-in texnikası və canlı qüvvəsi Kudepsta, Mirnıy, Verxneye Blinovo, Kepşa, Çaysovxoz qəsəbələrində təbii fəlakətin fəsadlarının aradan qaldırır”, deyə yerli KİV-lər qeyd edir. . İlkin məlumata görə, fövqəladə vəziyyət iyunun 26-dək davam edəcək.Qeyd edək ki, daşqın nəticəsində şəhərin küçələrində nəqliyyatın hərəkəti məhdudlaşıb. Elektrik enerjisinin və içməli suyunun verilişində məhdudiyyətlər yaranıb. Hava əlaqəsi də müvəqqəti dayandırılıb.

OXŞAR XƏBƏRLƏR