Soçidə prezidentlərin üçtərəfli görüşü başladı

Soçidə prezidentlərin üçtərəfli görüşü başladı
Bütün Xəbərlər
14:58 23.01.2012
1155
Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb. ANS PRESS-in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, görüş Soçi yaxınlığındakı “Krasnaya Polyana” iqamətgahında keçirilir. Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün danışıqların aparılması üçün görüşmək istəklərini 2011-ci ilin əvvəllərində bildiriblər. 2008-ci ildən etibarən bu günədək isə artıq doqquz üçtərəfli görüş keçirilib ki, bunlardan ikisi 2011-ci ildə baş verib. Rusiyanın vasitəçiliyi ilə baş tutan bu görüşlərin birincisi martın 5-də Soçidə, digəri isə iyunun 24-də Kazanda keçirilmişdi.
OXŞAR XƏBƏRLƏR