“Soft skills” – təməl bacarıqların formalaşdırılmasında İKT-nin rolu” adlı təlimlər keçirildi - FOTOLAR

GƏNCLİK
17:50 18.11.2022
1890
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və  Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) texniki dəstəyilə "Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti” ictimai birliyi tərəfindən icra olunan "Soft skills” – təməl bacarıqların formalaşdırılmasında İKT-nin rolu” adlı layihə çərçivəsində 2 günlük təlimlər həyata keçirilmişdir.
Layihənin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının ("soft skills”) öz sahələrində uğur qazanmış təlimçilərin köməyilə inkişaf etdirilməsinə töhfənin verilməsidir.  

Tədbiri çıxış sözləri ilə açan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov İKT sahəsində əldə edilən fundamental biliklərlə yanaşı, yumşaq bacarıqların da gənclərin gələcək inkişafında xüsusi rola və əhəmiyyətə malik olduğunu, eləcə də qlobal səviyyədə yumşaq bacarıqlara tələbin sürətlə artdığını diqqətə çatdırdı. Layihə çərçivəsində keçirilən təlimlərin iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına töhfə verəcəyi vurğulandı. "Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti”nin nümayəndəsi Yusif Poladov layihə haqqında bunları qeyd edib: "Soft skills” əmək bazarında hər bir mütəxəssis üçün vacibdir. Peşə bacarıqlarının olması mütləqdir, yumşaq bacarıqlar isə sizi hamıdan fərqli edir. Odur ki, biz də gənclərin özlərini inkişaf etdirmələri, fərqli olmaları üçün bu layihənin ideyasını irəli sürdük”.       
                   
40-dən çox iştirakçının qatıldığı tədbir çərçivəsində "Analitik düşüncə və problemlərin həlli”, "İKT-də sərbəst öyrənmə strategiyaları”, "Texnologiyalardan istifadə və innovasiyalar” və "İKT sahəsində kommunikasiya bacarıqları” mövzuları üzrə təlimlər keçirilmişdir. Yaxın gələcəkdə gənclərin şəxsi inkişafı və uğurlu olması üçün zəruri olacaq təməl "yumşaq” bacarıqların formalaşdırılmasında İKT-nin rolu ilə bağlı tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

 

 

 

 

 

 

 

          
         


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb