ŞOK! ABŞ-da azərbaycanlı oğlanı öldürdülər, sevgilisini qaçırtdılar - FOTO + VİDEO

ŞOK! ABŞ-da azərbaycanlı oğlanı öldürdülər, sevgilisini qaçırtdılar - FOTO + VİDEO
Bütün Xəbərlər
14:57 19.11.2012
7040

ABŞ-ın İllinoys ştatının Dyupeyc ərazi dairəsinin sakini müvafiq olaraq, iki nəfərin qətlində və qaçırılmasında – azərbaycanlı Teymur Hüseynovun öldürülməsində və onun rəfiqəsinin oğurlanmasında günahlandırılır.

Gün.Az-ın “Сhicago Tribune” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı bazar ertəsi ərazi dairəsinin prokuroru yayıb.

34 yaşlı Cozef Spitalli 31 yaşlı Teymur Hüseynlini qəsdən öldürməkdə ittiham edilir. Dyupeyc prokurorluğundakı ittihamnaməyə əsasən, o, qətli cümə günü səhər 12:25 radələrində Uaylvudda törədib, daha sonra isə mərhumun rəfiqəsini qaçırıb.

Eyni zamanda, T.Hüseynovun ev ünvanı və onun ölümünün nə vaxt qeydə alınması barədə məlumat verilmir. Polis Uaylvuda çağırılan zaman T.Hüseynov artıq qazonların üzərində ölü vəziyyətdə tapılıb.

Prokurorun məlumatına əsasən, o, bədəninə yetirilmiş bıçaq xəsarətindən keçinib. Müstəntiqlərin müəyyən etdiyinə görə, qətlin törədildiyi yerdən cəmi bir neçə kvartal aralıda yaşayan C.Spitalli T.Hüseynovu öldürüb, daha sonra isə onun rəfiqəsini bıçaqla hədələyərək qaçırıb. Qatil hadisədən bir neçə saat sonra həbs edilib, lakin həbsin təfərrüatları barədə də məlumat verilmir.

Cinayətkar hal-hazırda ərazi dairəsinin həbsxanasında saxlanılır, bu gün Amerika vaxtı ilə səhər saat 8-də məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, T.Hüseynovun dostları ona həsr olunmuş video hazırlayaraq, Youtube şəbəkəsinə yerləşdiriblər.

OXŞAR XƏBƏRLƏR