Türkiyənin Göztəpə vilayətində ana öz körpəsini tualetə atıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2 uşaq atası ilə nikahsız yaşayan 17 yaşlı qız, hamiləliyi səbəbiylə dünən gecə təcili yardımla xəstəxanaya yerləşdirilib. Gənc qız körpəsini dünyaya gətirdikdən sonra ondan qurtulmaq qərarına gəlir. O tualetə gedərək öz körpəsini unitaza atıb. Qızın tualetdən gələn qışqırıqlarını eşidən həkimlər tez içəri girərək müdaxilə ediblər. 9 aylıq körpə unitazdan çıxardılaraq müayinə mərkəzinə yerləşdirlib.
Ozal İbrahimli