ŞOK! Azərbaycanda ata qızını öldürüb, kürəkənini və 5 qohumunu isə bıçaqlayıb
Bütün Xəbərlər
23:26 17.09.2011
1599
Bu gün Azərbaycanın Cəlilabad rayonunun Alar kənd sakini Qabil Nəsirov həmin kənddə yaşayan, qızı Əfsanənin evində olarkən ailə-məişət münaqişəsi zəminində ona, əri Rəhim Nağıyevə, qohumları Qəribəli Əzimova, Gülnar Əzimovaya, Elmira Süleymanovaya, Mahir Nağıyevə və onun oğlu Kənana bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Əfsanə aldığı xəsarətdən hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.