Lənkəran rayon Məhkəməsində azyaşlı qıza qarşı seksual hərəkətlər etməkdə ittiham olunan B. M. və A. S.-in cinayət işi üzrə məhkəmə başa çatıb.
1989-cu il təvəllüdlü B. M. və həmyaşdı A. S. Lənkəran rayonunun Vilvan kənd sakini, 1997-ci il təvəllüdlü A. M. ilə müxtəlif vaxtlarda intim münasibətdə olublar.
Azyaşlı gənc oğlanlar tərəfindən cinsi əlaqədə olması barədə ailə üzvlərinə danışıb. Bundan sonra A. M.-in ailə üzvləri Lənkəran rayon Polis İdarəsinə şikayət ediblər. Azyaşlının ailə üzvlərinin şikayətindən sonra dost olan hər iki gənc cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham ediliblər.
Hakim Fuad Soltanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə B. M. və A. S. 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.
//Publika