ŞOK! Gəlinlə bəy toylarına bir neçə saat qalmış intihar etdilər
Bütün Xəbərlər
13:36 18.09.2011
3700
Bu gün Siyəzən rayonunda ailə qurmağı planlaşdıran iki gənc intihar edib. Hadisə Zarat inzibati ərazi vahidliyinin Kəndahar kəndində qeydə alınıb. Məlumata görə, 27 yaşlı Asif Feyruz oğlu Quliyev və 23 yaşlı Vüsalə Əmirağa qızı Əmiraslanova özlərini yaşadıqları mənzillərində asıblar. Deyilənə görə, ilk öncə saat 05:40 radələrində Feyruz Quliyev intihar edib. Xəbəri eşidən Vüsalə Əmiraslanova isə ondan sonra bu addımı atıb.